Həyətində meymun hücumuna məruz qalan qadın ÖLDÜ

 11:50 22.09.2026     106

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın evinin həyətində meymunun hücumuna məruz qaldıqdan bir gün sonra ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.

Hadisə Koppal şəhərində baş verib. Məşhur yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcəmunnisa Bequm evində gəzərkən qəfil meymunun hücumuna məruz qalıb və yerə yıxılıb.

Qadının qızı onun köməyinə qaçarkən meymun ona da hücum edib.

91 yaşlı qadın özəl klinikaya çatdırılıb. İlkin olaraq vəziyyəti yaxşılaşsa da, ertəsi gün səhhəti kəskin pisləşib. Onun ürəyi dayanıb və aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Məlumata görə, bu, bölgədə son günlər baş verən üçüncü ölümcül meymun hücumudur. Sentyabrın 10-da Aligarh şəhərində 55 yaşlı qadın meymunlardan qaçarkən damdan yıxılaraq ölüb. Sentyabrın 14-də isə Şimlada oxşar hadisə baş verib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən