Cevdet Yılmazdan məktəbə hücumla bağlı AÇIQLAMA 

 13:22 22.09.2026     64

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən Niyazi Üzmez liseyinin yaxınlığında silahlı insident baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, hadisə səhər saat 07:59 radələrində qeydə alınıb. Açılan atəş nəticəsində iki nəfər ağır yaralanıb. Zərərçəkənlərə dərhal hadisə yerinə gələn təcili tibbi yardım brifadası tərəfindən müdaxilə olunub və onlar xəstəxanaya çatdırılıblar.

Cevdet Yılmaz hadisəni törətməkdə şübhəli bilinən şəxsin polislər tərəfindən saxlanıldığını və hazırda məhkəmə orqanlarının nəzarətində olduğunu açıqlayıb. Hadisə ilə əlaqədar Manisa valisi, həmçinin Milli Təhsil və Daxili İşlər nazirləri əraziyə yollanıblar. Faktla bağlı genişmiqyaslı hüquqi və inzibati araşdırmalara başlanılıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən