Polşanın xarici işlər naziri müharibə ehtimalına HAZIRLAŞIR
Polşanın xarici işlər naziri Radoslav Sikorski müharibə ehtimalına qarşı evində ərzaq ehtiyatı topladığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Sikorski bu barədə “Fakt” qəzetinə müsahibəsində danışıb.
Nazir bildirib ki, evində düyü ehtiyatı saxlayır, həmçinin su çəkmək üçün əl nasosu var. O, öz bağında yetişdirdiyi meyvələrdən mürəbbə də hazırladığını deyib.
“Evdə düyü ehtiyatım var, əl nasosu da var. Bundan əlavə, öz bağımda yetişdirdiyim meyvələrdən mürəbbə hazırlamışam”, - deyə Sikorski bildirib.
O, həmçinin yaşadığı ərazidə sığınacağın harada yerləşdiyini bildiyini qeyd edib.
NURİYYƏ













