Netanyahu Nyu-York merindən narazıdır
İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-York şəhərinin meri Zöhran Mamdanini Fələstin HƏMAS hərəkatını dəstəkləməkdə günahlandırıb.
Redaktor.az xəbər verir ki, o, bunu "X" sosial media hesabında yazıb.
"Nyu-York yəhudilərinə qarşı iğtişaşlar törətdiyiniz üçün utanc hissi keçirirəm. Mən BMT- yə gedirəm. Qəhrəman əsgərlərimiz və sizin haqqınızda həqiqəti deyəcəyəm".
Netanyahunun 26 sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı planlaşdırılır.
Daha əvvəl Nyu-York şəhərinin meri Zöhran Mamdani BMT Baş Assambleyasına səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun həbs olunması ehtimalını vəkillərlə müzakirə etdiyini açıqlamışdı.













