İran aviaşirkətlərindən bilet alanlarla bağlı AÇIQLAMA

 21:36 22.09.2026     112

ABŞ tərəfindən İran İslam Respublikasının aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycan Respublikasına uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılıb.

Bu barədə Redaktor.az-a Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.

Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur.

Vumart və Güvən reklamı Vumart Güvən