Putin Ukrayna münaqişəsinə son qoymaq üçün görüşməyə hazırdır - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq üçün görüşməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bunu BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli görüşü zamanı deyib.
“Görüşmək istəyir. İstəyir. O, müharibənin başa çatmasını istəyərdi”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Rusiya Prezidenti ilə daha bir görüş keçirə biləcəyini istisna etməyib. Bununla belə, o, Vladimir Putinin Mayamidə keçiriləcək “Böyük İyirmilik” (G20) sammitinə qatılacağına şübhə etdiyini bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına töhfə vermək cəhdlərini davam etdirdiyini bildirib.
Xədicə BAXIŞLI













