Budanov Ukrayna münaqişəsinin nizamlanması üçün ABŞ-yə GETDİ
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-dədir.
Redaktor.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumata görə, Budanov Ukraynaya dəstəyin gücləndirilməsi və münaqişənin başa çatdırılması istiqamətində atılacaq növbəti addımlarla bağlı bir sıra qapalı görüşlər keçirəcək.
Agentliyin məlumatında qeyd olunur ki, Budanov uzun illər ərzində qurduğu əlaqələr sayəsində ABŞ nümayəndələri ilə məxfi formatda ünsiyyət qurmaq imkanına malikdir.
Bundan əvvəl Budanov Ukraynanın oktyabr ayında keçirilməsi planlaşdırılan yeni sülh danışıqları raunduna hazırlaşdığını bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiya tərəfinin Ukrayna ilə bağlı üçtərəfli danışıqların bərpası ehtimalını istisna etmədiyini, lakin görüşün vaxtı və yerindən danışmaq üçün hələ tez olduğunu qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin növbəti görüşünün Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və ya İsveçrədə keçirilə biləcəyini bildirib. O, görüşün payız aylarında baş tutacağına ümid etdiyini deyib.
Xədicə BAXIŞLI













