ABŞ və Ukrayna “Patriot” raket sistemlərinin istehsalını müzakirə EDƏCƏK

 22:55 22.09.2026     67

ABŞ və Ukrayna ərazisində “Patriot” zenit-raket komplekslərinin istehsalı imkanını müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə jurnalistlərə açıqlamasında bildirib.

“Bəlkə də. Biz bunu müzakirə edirik. Bunu indi müzakirə edəcəyik”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziyaların verilməsi imkanından danışıb. Jurnalistin Zelenskinin “Patriot” sistemləri və onların istehsalı üçün lisenziyalar əldə edib-etməyəcəyi ilə bağlı sualına Tramp “daha az təkmil versiya” cavabını verib.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqtondan lisenziya alınacağı təqdirdə belə, Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün zavodların qurulmasına bir neçə il lazım olacaq.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən