Makron Qəzza zolağında atəşkəsi "utancverici tamaşa" ADLANDIRDI
Fransa Prezidenti Emmanuel Makron İsrailin Fələstin ərazilərindəki hərəkətlərini tənqid edərək, orada qüvvədə olan atəşkəsi "utancverici tamaşa" adlandırıb.
Redaktor.az xəbər verir ki, o, bu açıqlamanı Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında kürsüdən çıxış edərkən verib.
"Bəziləri guya sülhlə öyünürlər. Amma bu sülh bir saniyə belə humanitar dəhlizlər açmayıb. Hamımız üçün utancverici olan bu tamaşanı passiv şəkildə izləməliyikmi? Qətiyyən yox", - deyə o bildirib.
Makron həmçinin İsrailin yaşayış məntəqələrinin tikintisinin davam etdiyi Qərb Sahilindəki vəziyyətə diqqət yetirməyə çağırıb. "Bu o deməkdir ki, Fələstin xalqının qanuni yaşamaq hüququ hər gün pozulur", - deyə prezident qeyd edib.
Eyni zamanda, o, Parisin İsrailin öz təhlükəsizliyi üçün şərait yaratmaq hüququnu tanıdığına əminlik verib. Lakin Makron bildirib ki, İsrailin təhlükəsizliyinin bütün qonşularının suverenliyini pozmaqdan asılı olduğunu iddia edən hər kəs səhv edir, çünki belə bir siyasət əslində İsrailin gələcək təhlükəsizliyini sarsıdır.













