Aİ Ukraynaya maliyyə dəstəyini artıracaq

 08:28 23.09.2026     103

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Nyu-Yorkda keçirilən görüş Kiyevin maliyyələşdirilməsi ilə bağlı suallar səbəbindən gərgin keçib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" söhbətdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı Avropa ölkələrinin nümayəndələri Ukraynadan ölkəni kölgə iqtisadiyyatından uzaqlaşdıracaq, vergi gəlirlərini artıracaq və ölkəni Aİ hüquq standartlarına yaxınlaşdıracaq qanunlarla irəliləməyi tələb ediblər. Yalnız bundan sonra onlar Kiyevə maliyyələşdirməni artıracaqlar.

Tədbirdən sonra Avropa Komissiyasının rəhbəri sosial mediada Ukraynanın müdafiə yardımı alacağını, lakin yalnız Ali Radada islahatlar irəli sürüldüyü təqdirdə Aİ-dən əlavə maliyyələşdirmə alacağını təsdiqləyib.

O, ilin sonuna qədər Aİ-nin sərəncamında hələ də 37 milyard avro qaldığını vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən