Tramp Zelenskinin sualları cavablandırmasına mane OLDU
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin jurnalistlərin suallarını cavablandırmasına imkan verməyib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, görüş ABŞ liderinin açılış nitqi ilə başlayıb. Tramp Ukrayna münaqişəsinin həllinə çalışacağına söz verib. Zelenski isə ona dəstəyə görə qısa şəkildə təşəkkür edib.
Daha sonra Ağ Ev rəhbəri qışdan əvvəl razılaşmaya nail olmaq ehtimalından danışıb. Zelenski yenidən təşəkkürünü bildirib.
Bundan sonra jurnalistlər Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı neft obyektlərinə endirdiyi zərbələrlə bağlı sual veriblər. Zelenski suala cavab vermək istəsə də, Trampın dizel yanacağının qiymətləri ilə bağlı şərhindən sonra susub.
Zelenski daha bir dəfə danışmağa cəhd edib, lakin Tramp danışmağa davam edib. Bundan sonra Ukrayna lideri Tramp danışarkən yalnız gülümsəyib və başını tərpədib.
Aytəkin TOFİQQIZI













