Fon der Lyayen və Zelenski arasında görüş keçirilib - KİV
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Ukrayna Prezidenti Volodimir Zelenskinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşünün gərgin keçdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg görüşün gedişatından xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı nümayəndələri Ukrayna tərəfini ölkə iqtisadiyyatını kölgədən çıxarmağa, vergi daxilolmalarını artırmağa və qanunvericiliyi Aİ standartlarına uyğunlaşdırmağa imkan verən qanunların qəbulunda irəliləyiş əldə etməyə çağırıblar.
Mənbənin sözlərinə görə, Aİ Ukraynaya maliyyə dəstəyinin artırılmasını məhz bu islahatların həyata keçirilməsi ilə əlaqələndirir.
Fon der Lyayen də sosial şəbəkə hesabında Kiyevin hərbi yardım alacağını təsdiqləyib. Onun sözlərinə görə, Aİ-dən gələcək maliyyələşmənin Ukrayna parlamentində islahatların həyata keçirilməsindən asılı olacağı bildirilir.
NURİYYƏ













