Yaponiya Ukraynanı dəstəkləməyə davam edəcək - Baş nazirdən AÇIQLAMA
Yaponiya Ukraynanı dəstəkləməyə davam edəcək və Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.
Bloomberg-in məlumatına görə, Takaiçi Yaponiya ilə bağlı siyasətin dəyişməyəcəyini vurğulayıb.
“Yaponiya Ukraynanı dəstəkləyir. Bu siyasət dəyişməyəcək. Biz Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları qorumaq üçün beynəlxalq birliklə əməkdaşlığı davam etdirəcəyik”, - deyə siyasətçi bildirib.
Aytəkin TOFİQQIZI













