Makron Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyinə ümid EDİR
Fransa Prezidenti Emmanuel Makron danışıqlardan sonra ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişə biləcəyinə ümid etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Makron qeyd edib ki, Qərb liderləri Ukrayna münaqişəsinin həlli üzərində “çox çalışıblar”. O, Ağ Evi Ukrayna ərazisinin məsələdəki mövqeyi ilə bağlı uğurla “inandırdığını” bildirib.
“Ümid edirəm ki, onun fikrini dəyişə bilərik”, - deyə Fransa lideri vurğulayıb.
Sentyabrın 22-də Makronun BMT Baş Assambleyasının kənarında keçiriləcək görüşdə ABŞ rəhbərindən Rusiyaya təzyiqi artırmağı xahiş etmək niyyətində olduğu məlum olub.
Aytəkin TOFİQQIZI













