İranda hakimiyyət dəyişikliyi ilə bağlı Makrondan AÇIQLAMA 

 12:29 23.09.2026     59

“İrana hava zərbələrinin davam etdirilməsi ölkədə hakimiyyət dəyişikliyinin qarşısını alacaq”.

Redaktor.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin ABC telekanalına verdiyi müsahibədə deyib.

“Düşünürəm ki, İranın nüvə silahına sahib olmamasını təmin etmək hamımız üçün çox vacibdir. Mənim üçün bu, əsas məqsəddir. Həmçinin zənn etmirəm ki, ölkəni bombalamaqla rejim dəyişikliyini həyata keçirmək olar. Mənim üçün bu, ən yaxşı variant deyil, çünki işləmir. Biz son onilliklər ərzində bir neçə dəfə belə səhvlərə yol vermişik”, - Makron bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən