Polşada tikilən Amerika bazasına "Fort Tramp" adı verilə bilər
Polşa Prezidenti Karol Navrotski sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının kənarında "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib ki, Polşada daimi ABŞ hərbi bazası yaradılarsa, ona "Fort Tramp" da demək olar.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Dövlət başçısı ümid etdiyini bildirib ki, Vaşinqton və Varşava layihənin hazırlanmasını tezliklə başa çatdıracaqlar. Navrotskinin sözlərinə görə, bazanın yaradılması sadəcə zaman məsələsidir və o, tikintini Trampın səlahiyyət müddətinin sonuna (2029) qədər başa çatdırmaq istəyir.
Polşa prezidenti qeyd edib: "Hər iki ölkənin hökumətləri işlərini başa vurduqda, inanıram ki, Prezident Tramp Fort Trampın açılışında şəxsən iştirak edəcək".
O, həmçinin əlavə edib ki, ABŞ Almaniyadakı qoşunlarının sayını azaltsa, Polşa Amerika hərbi heyətini qəbul etməyə hazırdır.
Aminə ŞAHSUVARQIZI













