Rusiya, ABŞ və Ukrayna arasında ilin sonuna qədər danışıqların şərtləri AÇIQLANDI

 13:56 23.09.2026     62

Münaqişənin sülh yolu ilə həllinə mane olan Avropanın mövqeyi dəyişdirilərsə, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar bu ilin sonuna qədər baş tuta bilər. Bu şərti Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa news.ru-ya verdiyi müsahibədə səsləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə news.ru məlumat yayıb.

Millət vəkili qeyd edib ki, Ağ Ev Avropanı düzgün qərar verməyə inandırmaq gücünə malikdir. "Düşünürəm ki, Lavrov və Rubio arasında görüşdə Trampın xüsusi elçiləri ilə görüş zamanı Moskvada əldə edilən mövqeləri bir daha təsdiqləmək vacibdir. Zelenski artıq dialoqa doğru irəliləyib", — deyə millət vəkili bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirmişdi ki, əgər Avropa ABŞ-ni Ankoric razılaşmalarından "çəkməsəydi", Rusiya ilə Ukrayna arasındakı münaqişə bir il əvvəl başa çata bilərdi. O, Moskvanın öz mövqeyi daxilində və döyüşləri dayandırmadan, nizamlama danışıqlarına və "ağlabatan kompromislər" axtarmağa hazır olduğunu bir daha vurğulamışdı.

Daha əvvəl Rusiya xarici işlər naziri ilə ABŞ dövlət katibi Marko Rubio arasında danışıqların sentyabrın 23-də Nyu-Yorkda keçirilməsi planlaşdırıldığı bildirilmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən