Tramp 60 ildən sonra ilk dəfə Çin liderinə görə protokolu pozacaq
ABŞ Prezidenti Donald Tramp dövlət səfəri ilə ölkəsinə gələn Çin Sədri Si Cinpini Endryus aviabazasında şəxsən qarşılayacaq və bununla 60 ildən sonra ilk dəfə protokolu pozacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat verib.
Nəşrin yazdığına görə, ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı sonuncu dəfə 1962-ci ildə bu aviabazada xarici ölkə liderini qarşılayıb. Həmin vaxt Con Kennedi Böyük Britaniya Baş naziri Harold Makmillanı birbaşa uçuş-enmə zolağında şəxsən qarşılamışdı.
2025-ci ilin avqustunda Tramp iki ölkə liderlərinin Alyaskada keçirilən sammiti zamanı Rusiya Prezidenti Vladimir Putini Ankoricdə uçuş-enmə zolağında şəxsən qarşılamışdı.













