Ərdoğan və ədliyyə nazirinin saxta şəkillərini hazırlayan şəxs saxlandı

 17:22 23.09.2026     68

Süni intellekt (Sİ) texnologiyasından istifadə edərək prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla yüksək vəzifəli dövlət xadimlərinin saxta şəkillərini hazırlayan şəxs Ankarada həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" qəzeti məlumat yayıb.

Məqalədə deyilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və ədliyyə naziri Akın Gürlüklə birlikdə süni intellektdən istifadə edərək çəkilmiş şəkillərini paylaşdığı bildirilən Mehmed C. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ankara Prokurorluğunun məlumatına görə, şübhəli nüfuzlu əlaqələri olduğu barədə yanlış təəssürat yaratmaq üçün əldə etdiyi şəkilləri votsap messencer səhifəsində paylaşıb.

İstintaqın bir hissəsi olaraq, ona qanunsuz təsir gücündən istifadə və dezinformasiya yaymaq ittihamı irəli sürülüb. İstintaq tədbirləri davam edir: hüquq-mühafizə orqanları süni intellektdən istifadə etməklə hazırlanmış görüntülərin yaradılması və yayılmasının səbəblərini araşdırır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən