Zaxarova Rusiyanı tənqid edən şəxslərin ölkəyə qayıtması üçün şərtləri AÇIQLADI
Rusiyanı tənqid edən və ölkədən kənarda yaşayan vətəndaşların Rusiyaya qayıtması üçün müəyyən şərtlər nəzərə alına bilər.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Radio 1” və Propusk.tv-nin “Pereqovorka” podkastında bildirib.
Zaxarovanın sözlərinə görə, əsas məsələlərdən biri şəxsin Rusiya qanunvericiliyini pozub-pozmamasıdır. O qeyd edib ki, daha əvvəl səsləndirilmiş ictimai bəyanatlara görə üzr istəmək də mühüm amil ola bilər.
Diplomat bildirib ki, vətəndaş Rusiya qanunvericiliyini pozmayıbsa, onun ölkəyə qayıtmasına maneə yoxdur.
Zaxarova əlavə edib ki, şəxsin Rusiyaya qayıtmaq istəyinin səmimi olması da vacibdir.
NURİYYƏ













