Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışını tanınmış türk şairi Sezai Karakoçun "Onlar sanıyorlar ki..." şeiri ilə başa vurub.
Redaktor.az xəbər verir ki, şeirin oxunması zamanı Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri və Türkiyənin keçmiş Baş naziri Binali Yıldırım göz yaşlarını saxlya bilməyib.
Ərdoğanın çıxışından sonra alqışlar səslənib.
Ərdoğan Qəzza, Fələstin və məzlumların hüquqlarının müdafiəsinin vacibliyindən bəhs etdiyi çıxışından sonra bu sətirləri oxudu. Şeirdən dərhal sonra o, BMT kürsüsündən "məzlumların, qurbanların və dəstəksiz qalanların" hüquqlarını müdafiə etməyə davam edəcəyini bildirib.













