Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya veriləcək?

 21:36 23.09.2026     110

ABŞ Dövlət Departamentində Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verilməsi məsələsinin hələ də açıq qaldığı bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Deutsche Welle” (DW) qurumun nümayəndəsi Yan Beytsona istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp lisenziyanın Ukraynaya nə vaxtsa verilib-verilməyəcəyi ilə bağlı açıqlama verməyib.

Beytson qeyd edib ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü müsbət qiymətləndirib. Lakin Kiyevə “Patriot” üçün raket istehsalına lisenziya verilməsi ilə bağlı yekun qərarın qəbul edildiyini söyləmək hələ tezdir.

Qeyd edək ki, liderlərin görüşü sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilib. Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün səylər göstərəcəyini bildirib. Zelenski isə ABŞ Prezidentinə dəstəyinə görə qısa şəkildə təşəkkür edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən