Vaşinqton Ukrayna münaqişəsinin nizamlanmasında maraqlı olduğunu təsdiqləyib - Lavrov
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşner sonuncu Moskva səfərləri zamanı Ağ Evin Ukrayna münaqişəsinin nizamlanmasında maraqlı olduğunu təsdiqləyiblər.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Stiv Uitkoff və Jared Kuşnerin Moskvaya son səfəri zamanı Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanmasına kömək etməkdə maraqlı olduğu bir daha təsdiqləndi”, – deyə Lavrov bildirib.
Qeyd edək ki, sentyabrın 5-də Uitkoff və Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Növbəti gün isə onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişənin nizamlanmasını müzakirə ediblər. Uitkoff bu görüşlərin nəticəsində mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və ya İsveçrədə keçirilə bilər. O, görüşün mövzularından birinin enerji obyektlərinə zərbələrin dayandırılması ola biləcəyini bildirib.
Xədicə BAXIŞLI













