Niderland 2027-ci ildə “Avroviziya”da iştirak EDİLƏCƏK

 22:17 23.09.2026     62

Niderland milli teleradio şirkəti AVROTROS-un boykot qərarına baxmayaraq, 2027-ci ildə “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə NU.nl portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Niderlandı müsabiqədə hansı ifaçının təmsil edəcəyi və “Avroviziya”nı hansı yayım şirkətinin yayımlayacağı hələlik məlum deyil.

Qeyd edək ki, AVROTROS 2026-cı ilin avqustunda “Avroviziya-2027” üçün ifaçı seçməkdən imtina edib. Bundan əvvəl şirkət 2026-cı ildə keçirilən müsabiqəni də boykot etmişdi.

Buna İsrailin “Avroviziya”da iştirakı ətrafında yaranan qalmaqal səbəb olub. 2026-cı ildə İrlandiya, İspaniya, İslandiya və Sloveniya da müsabiqədə iştirakdan imtina edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən