Zelenski Putin və Trampla üçtərəfli görüşü istisna ETMƏDİ

 09:12 24.09.2026     62

Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçirilməsini mümkün hesab edir.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “Novosti.Live”a açıqlamasında danışıb.

O bildirib ki, belə bir görüş real nəticələrə gətirib çıxara bilər. Zelenskinin sözlərinə görə, görüşdə ABŞ Prezidenti Donald Trampla yanaşı, Avropa, Çin, Hindistan və Yaxın Şərq ölkələrinin nümayəndələrinin iştirakı da danışıqların nəticəli olması üçün zəmin yarada bilər.

“Bu format həyata keçirilərsə və müvafiq razılaşma əldə olunarsa, Ukrayna belə bir görüşü dəstəkləyəcək”, - deyə Zelenski bildirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən