Tramp münaqişənin həlli üçün üç şərt irəli sürüb
Tramp administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq üçün üç şərt irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin şərtlərinə enerji infrastrukturunda atəşkəs, Qara dəniz taxıl dəhlizinin bərpası və Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Əbu-Dabidə baş tuta biləcək üçtərəfli görüşü daxildir.
BMT Baş Assambleyasının iclası çərçivəsində Amerika Prezidenti ilə görüş zamanı Zelenski dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iki liderin Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşünü təklif edib.
Aminə ŞAHSUVARQIZI













