Paşinyan Pezeşkianla görüşdü - FOTO

 10:16 24.09.2026     55

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının iclası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Baş nazir Paşinyan vurğulayıb ki, Ermənistan-İran əməkdaşlığı uğurla inkişaf edir və müxtəlif sahələrdə birgə proqramlar həyata keçirilir.

Nikol Paşinyan və Məsud Pezeşkian ikitərəfli ticarət-iqtisadi münasibətlərə və onların genişləndirilməsinə yönəlmiş addımlara toxunublar.

Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən