ABŞ federal məhkəməsi media vasitələrinə verilən Ağ Ev qadağasını ləğv ETDİ

 10:27 24.09.2026     54

ABŞ federal hakimi Prezident Donald Tramp administrasiyasına CNN, MSNOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini bərpa etməyi əmr edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşr bildirib ki, federal hakim ABŞ Prezidenti Donald Trampa Ağ Evin CNN, MSNOW və "Politico" jurnalistlərinə girişini bərpa etməyi əmr edərək, sözügedən üç media orqanına qoyulan qadağanın ölkə konstitusiyasını pozduğunu bəyan edib.

Vaşinqtonda Ağ Evin yaxınlığındakı televiziya kanalının stendində CNN lövhəsi - Sputnik Ermənistan, 1920, 24 sentyabr 2026

Xatırladaq ki, sentyabrın 18-də Tramp CNN, MSNOW və "Politico"nu "saxta xəbərlər" yaymaqda ittiham edərək onların Ağ Evə girişini qadağan etmişdi. Buna cavab olaraq hər üç media orqanı ABŞ administrasiyasına qarşı Birinci Düzəlişin söz azadlığı hüququnun pozulması iddiası ilə məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi əvvəllər Prezident Donald Trampın öz mülahizəsinə, eləcə də milli təhlükəsizlik mülahizələrinə əsasən medianın Ağ Evə girişini rədd etmək hüququna malik olduğunu bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən