İsrail HƏMAS komandirinin öldürüldüyünü AÇIQLADI

 11:44 24.09.2026     67

HƏMAS-ın hərbi qanadının komandirlərindən biri Mahmud Əbd əl-Fəttah Əvəd Qəzza şəhəri ərazisində həyata keçirilən zərbə nəticəsində öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, zərbə ötən həftəsonu Qəzza şəhəri ərazisinə endirilib. Bildirilib ki, Əvəd müharibə boyunca israilli 7 girovun Qəzza şəhəri ərazisində yeraltı tuneldə saxlanılmasında iştirak edib.

İsrail tərəfinin məlumatına görə, Əvəd son dövrdə İsrail hərbçilərinə və İsrail vətəndaşlarına qarşı hücumların hazırlanmasında iştirak edib və HƏMAS-ın imkanlarının bərpası istiqamətində fəaliyyət göstərib.

IDF onun atəşkəs rejimini sistematik şəkildə pozduğunu və yaratdığı təhlükənin aradan qaldırılması məqsədilə havadan zərbə ilə öldürüldüyünü bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən