Qırğızıstan parlamenti prezident seçkilərinin tarixini TƏSDİQLƏDİ

 12:56 24.09.2026     73

Qırğızıstan parlamenti ölkədə keçiriləcək prezident seçkilərinin tarixini təsdiqləyib: seçkilər 2027-ci il yanvarın 27-də keçiriləcək. Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat verib.

Redaktor.az xəbər verir ki, bəyanatda deyilir:

"Joqorku Keneşin bu gün, 24 sentyabrda keçirilən iclasında deputatlar "Qırğızıstan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi haqqında" qərar layihəsini müzakirə edərək qəbul ediblər".

Qeyd olunur ki, qərar layihəsi ilə bağlı məlumatı Parlamentin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, yerli özünüidarəetmə və tənzimləmə komitəsinin sədri Gülnarə Akimbayeva təqdim edib.

"O, prezident seçkilərinin Joqorku Keneşinin qərarı ilə təyin olunduğunu vurğuladı. Beləliklə, Qırğızıstan Respublikasının növbəti prezident seçkiləri gələn il yanvarın dördüncü çərşənbə günü keçiriləcək, çünki məhz həmin gün hazırkı prezidentin səlahiyyət müddəti başa çatır (27 yanvar 2027-ci il)", — deyə mətbuat xidməti izah edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən