Pezeşkian Paşinyana kitab hədiyyə etdi - ABŞ hücumlarının nəticələrindən bəhs edir

 15:01 24.09.2026     129

BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorkda keçirilən danışıqlardan sonra İran Prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyana Amerikanın İrana hücumlarının nəticələri haqqında kitab təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Pezeşkyan Paşinyana bildirib ki, kitabda Amerika lideri Donald Trampın İran xalqına vəd etdiyi "yardım" təsvir olunur. Kitabda İrana hücumların nəticələri - insan itkiləri və dağıntılar barədə faktiki məlumatlar və şəkillər yer alır.

İran Prezidenti bu kitabın nüsxələrini BMT sammiti çərçivəsində İsveçrə Prezidenti də daxil olmaqla, digər ölkə liderlərinə də hədiyyə edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən