Peskov Ermənistana seçim etməyi təklif ETDİ

 15:17 24.09.2026     62

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti" agentliyinə bildirib ki, Rusiya Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşır, lakin İrəvan Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Kremlin sözçüsü Ermənistanın artıq Aİİ-nin inteqrasiya standartlarından istifadə etdiyini diqqətə çatdırıb. O, digər standartlara keçməyin iki təşkilatın şərtləri və qaydaları arasında geniş sahələrdə uyğunsuzluq yaradacağını bildirib.

Peskov qeyd edib: "Seçim etməyin vacib olduğunu və Aİİ üzv ölkələrindən birinin hamımız üçün çox vacib olan bu inteqrasiya birliyinin qaydalarına, qanunlarına və prinsiplərinə zidd getməməsinin vacibliyini deyəndə məhz bunu nəzərdə tuturuq".

Kreml rəsmisi həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfərinə də toxunub. O bildirib ki, səfərin dəqiq tarixi hələ razılaşdırılmayıb, lakin görüş yaxın gələcəkdə baş tutacaq.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən