Avropada bəzi ölkələr qaz anbarlarından istifadə etməyə BAŞLADI

 17:00 24.09.2026     77

Avropada istilik mövsümünün yaxınlaşması fonunda bəzi ölkələr yeraltı qaz anbarlarından qaz götürməyə başlayıb.

Redaktor.az xəbər verir ki, TASS bu barədə Gas Infrastructure Europe (GIE) məlumatlarına istinadən yazıb.

Məlumata görə, sentyabrın 22-nə Avropadakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi 70,24 faiz təşkil edib. Bu göstərici son beş ilin orta səviyyəsindən 15,66 faiz aşağıdır və sentyabrın bu tarixi üçün 2011-ci ildən bəri ən aşağı göstərici hesab olunur. Hazırda anbarlarda təxminən 76,9 milyard kubmetr qaz var.

Avstriya və Slovakiyada anbarlardan xalis qaz götürülməsi qeydə alınıb. Almaniya və Latviya da anbarlara qaz vurulmasını demək olar ki, dayandırıb və ehtiyatlardan götürülən qazın həcmini artırır.

Qeyd olunur ki, “Qazprom” daha əvvəl soyuq hava şəraitində Avropanın etibarlı qaz təminatına yüksək qaz qiymətləri və yeraltı qaz anbarlarının doldurulmasındakı geriləmənin təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən