F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik - Ərdoğan

 19:32 24.09.2026     79

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla F-35 məsələsini NATO çərçivəsində müzakirə etdiklərini bildirib.

Redaktor.az xəbər verir ki, Ərdoğan bu barədə Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı artıq konkret addımlar atılmalıdır.

“Özü Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı müsbət iradə ortaya qoydu. Biz də bu iradənin artıq konkret addımlara çevrilməsini gözləyirik. Bu istiqamətdə təmaslarımızı davam etdiririk. Nəticə əldə edəcəyimizə inanıram”, - deyə Ərdoğan qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən