Si Cinpin Trampa süni intellektlə bağlı narahatlığını BİLDİRDİ
Çin və ABŞ süni intellektin daim insan nəzarəti altında qalmasını təmin etməlidir.
Redaktor.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl Ağ Evdə çıxışı zamanı deyib.
“Biz süni intellekti yaxşı məqsədlər üçün inkişaf etdirmək və idarə etmək, onun daim insan nəzarəti altında qalmasını və insanların rifahına xidmət etməsini təmin etmək imkanına və məsuliyyətinə malikik”, – deyə Çin lideri bildirib.













