NATO-nun kəşfiyyat PUA-sı Qara dəniz üzərində uçuş həyata KEÇİRDİ
NATO-ya məxsus, “Magma10” çağırış siqnallı kəşfiyyat pilotsuz uçuş aparatı hazırda Qara dəniz üzərində uçuş həyata keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” uçuş məlumatlarına istinadən məlumat yayıb. Söhbət İtaliya Silahlı Qüvvələrinə məxsus “Northrop Grumman RQ-4D Phoenix” tipli pilotsuz uçuş aparatından gedir.
Məlumata əsasən, PUA təxminən Moskva vaxtı ilə saat 19:48-də radarlarda qeydə alınıb. Aparat Bolqarıstan sahillərinə yaxın ərazidə Qara dəniz üzərində müşahidə edilib.
PUA-nın uçuşunun səbəbləri ilə bağlı hazırda əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlardakı nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova Avropa İttifaqı və NATO-nun 2030-cu ilə qədər Avropada Rusiya ilə münaqişə aparmağa imkan verəcək hazırlıq səviyyəsinə çatmaq niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, qlobalist elitalar artıq Rusiya ilə qarşıdurmaya yüz milyardlarla dollar və “siyasi kapital” yatırıb və qarşıdakı illərdə döyüş qabiliyyətinə çatmağı hədəfləyirlər.
Xədicə BAXIŞLI













