Netanyahu BMT Baş Assambleyasında sərt çıxış ETDİ
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının iclasında çıxış edib.
Redaktor.az xəbər verir ki, Netanyahu nitqinə zalda olan nümayəndələrə sərt müraciətlə başlayıb.
“Başlamazdan əvvəl kiçik bir elanım var: əgər bu zalda hələ də çıxıb getməyən hansısa mənəvi qorxaqlar qalıbsa, xahiş edirəm, bunu indi edin”, - Netanyahu bildirib.
Məlumata görə, İsrail Baş nazirinin çıxışı zamanı bir çox ölkənin nümayəndə heyəti iclas zalını tərk edib. Digər nümayəndələr isə Netanyahunu alqışlayıblar.













