Netanyahu Nyu-York meri ilə bağlı sərt DANIŞDI

 23:28 24.09.2026     56

İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-York meri Zöhran Mamdani barədə sərt fikirlər səsləndirib və onu “həqiqəti susdurmağa” cəhd göstərməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, Netanyahu bu barədə BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı danışıb.

“Cənab Mamdani, siz mənim bura gəlməyimə mane olmağa çalışdınız. Məni susdurmağa çalışdınız. Ancaq məni susdura bilməzsiniz. Həqiqəti susdurmaq mümkün deyil”, – deyə Netanyahu bildirib.

İsrail hökumətinin başçısı ölkəsinin apardığı bütün müharibələrdə mütləq qələbə qazanacağını da vurğulayıb. Onun sözlərinə görə, yəhudi dövlətinin “başqa seçimi yoxdur”.

Bundan əvvəl Netanyahu onu həbs etməyə çağırışlar edən Nyu-York merinə cavab verib.

“Əvvəla, mən Nyu-Yorka gedirəm. Mən mütləq ora gedəcəyəm. Bilirsiniz, həqiqəti ... qarşısında söyləyəcəyəm”, – deyə Netanyahu bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən