Dmitriyev Trampın nümayəndələri ilə hansı məsələləri müzakirə edib?
Rusiya ilə ABŞ arasında əməkdaşlıq və Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələləri müzakirə olunub.
Redaktor.az xəbər verir ki, bu barədə "CNN" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Uitkof və Cared Kuşnerlə görüşüb.
Görüşdə Rusiya ilə ABŞ arasında əməkdaşlığın perspektivləri, həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqların davam etdirilməsi məsələləri müzakirə edilib.
"CNN"in mənbələri bildiriblər ki, Dmitriyev Rusiya Prezidenti Vladimir Putinin bu ayın əvvəlində ABŞ nümayəndələri ilə görüşündən sonra sülhməramlı səyləri və Rusiya-Amerika dialoqunu davam etdirmək məqsədilə Nyu-Yorkda olub.
Aytəkin TOFİQQIZI













