Moskva hava limanlarında fəaliyyət bərpa OLUNDU
Rusiyanın Moskva şəhərindəki Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına tətbiq edilən müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Qeyd olunub ki, hər iki hava limanında hava gəmilərinin qəbulu və buraxılması ilə bağlı məhdudiyyətlər götürülüb.
Moskva meri Sergey Sobyanin isə bildirib ki, hava hücumundan müdafiə bölmələri Moskva istiqamətində uçan altı pilotsuz uçuş aparatını (PUA) məhv edib.
NURİYYƏ













