Ayı balıqçıya hücum edərək ovunu əlindən ALDI
Rusiyanın Çukotka Muxtar Dairəsinin Markovo kəndində qəhvəyi ayı balıqçıya hücum edərək onu yaralayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çukotka Muxtar Dairəsinin Ekologiya və Təbii Sərvətlər Departamenti məlumat yayıb.
Hadisə kənd hamamının yaxınlığında baş verib. Yerli sakin balıq tutduqdan sonra evə qayıdarkən ayı arxadan ona hücum edib. Vəhşi heyvan kişinin tutduğu balıqları götürərək ərazidən uzaqlaşıb.
Yaralanan kişi xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarətindədir.
Hadisə yerinə ovçular göndərilib. Onlar ərazini araşdıraraq ayını tapmağa və zərərsizləşdirməyə çalışacaqlar.
NURİYYƏ













