Trampın eks-müşaviri türkiyəli biznesmenlə ailə qurur - Özündən 13 yaş kiçikdir
ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və eks-vəkili Alina Habba türkiyəli iş adamı Turhan Mildon ilə ailə həyatı qurur.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrın 26-sı Nyu-Yorkda baş tutacağı gözlənilən toy mərasimində Trampın da iştirak edə biləcəyi bildirilir.
42 yaşlı Habba 2021-2024-cü illərdə Trampın vəkili olub. ABŞ liderinin ikinci prezidentlik dövründə həm də onun müşaviri kimi fəaliyyət göstərən Habba daha sonra Nyu-Cersinin müvəqqəti federal baş prokuroru vəzifəsinə təyin olunduğu üçün müşavir vəzifəsindən istefa verib.
29 yaşlı Turhan Mildon isə ailə şirkəti olan “Miller Holding”in baş icraçı direktorudur. O həmçinin Türkiyənin “Çorum” futbol klubunun vitse-prezidenti vəzifəsini tutur.
Cütlüyün 1 ildir münasibətdə olduğu və bundan öncə 2 dəfə fərqli şəxslərlə evlilikləri olduğu bildirilir.



















