Xəzərdə hərbçilərin ölümünə görə 5 vəzifəli şəxs SAXLANILDI
Qazaxıstan Müdafiə Nazirliyinin 5 vəzifəli şəxsi saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Məlumata görə, onlar Xəzər dənizində 14 hərbçinin ölümü ilə bağlı saxlanılıb.
Saxlanılanlar arasında Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini-Qərargah rəisi də var.













