Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olundu

 17:21 25.09.2026     58

Rusiyadan Ermənistana təbii qaz tədarükü bərpa olunub. 

Redaktor.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb. 

“Sentyabrın 25-dən etibarən “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri ilə Ermənistana təbii qaz tədarükü bərpa olunub”, - məlumatda deyilir.

Xatırladaq ki, Ermənistana təbii qaz tədarükü Rusiya ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı profilaktik və təmir işləri ilə əlaqədar sentyabrın 15-də müvəqqəti dayandırılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən