Qaqik Sarukyan dindirilmək üçün İstintaq Komitəsinə aparıldı

 18:42 25.09.2026     185

“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan bu gün yenidən dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə partiya sədrinin mətbuat katibi İveta Tonoyan məlumat verib.

O bildirib ki, istintaq iranlı iş adamları ilə bağlı iş üzrə həyata keçirilir.

Xatırladaq ki, iyulda həbs olunan Qaqik Sarukyan külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Çiçəklənən Ermənistan” partiyasının sədri iranlı iş adamlarının 21 milyon dollar dəyərində əmlakını mənimsəyib. Sarukyan ötən aylar ərzində bir neçə dəfə eyni iş üzrə dindirilib.

Vumart və Güvən reklamı Vumart Güvən