Pakistan Türkiyəyə hücumla bağlı bəyanat verdi

 16:40 25.09.2026     63

Məkkə Müdafiə İttifaqının üzvlərindən (Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə) hansısa birinə hücum bütün üzvlərə hücum hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Üç ölkənin xarici işlər nazirləri bu saziş çərçivəsində Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) hücumları fonunda Səudiyyə Ərəbistanına yardım göstərilməsi yollarını müzakirə etmək üçün Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin təcili iclasının keçirilməsi məsələsini müzakirə ediblər.

Pakistan Xarici İşlər Nazirliyi qeyd edib ki, xarici işlər naziri Məhəmməd İshaq Dar, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan və Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüb. Nazirlər husilərin Məkkə şəhəri və Səudiyyə Ərəbistanının mülki və iqtisadi obyektlərinə hücumlarını pisləyərək, bu ölkənin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz təhlükəsizliyini müdafiə etmək üçün zəruri tədbirlər görmək hüququnu tanıyıblar.

Fidan, Dar və Fərhan həmçinin Məkkə Müdafiə İttifaqının katibliyinin, komitələrinin və işçi qruplarının yaradılması prosesini və onların fəaliyyətə başlaması üçün hazırlıqları nəzərdən keçirib, regiondakı hadisələr, gərginliyin azaldılması, dövlətlərin suverenliyinə hörmət, habelə naviqasiya təhlükəsizliyinin və azadlığının təmin edilməsi barədə danışıblar.

Vumart və Güvən reklamı Vumart Güvən