Medvedev Böyük Britaniyanın keçmiş baş nazirlərinin soyadlarını “axmaqlığın sinonimi” ADLANDIRDI

 16:47 25.09.2026     55

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Böyük Britaniyanın bir sıra keçmiş baş nazirlərinin soyadlarını “axmaqlığın sinonimi” adlandırıb.

Redaktor.az xəbər verir ki, Medvedev bu barədə sosial şəbəkə hesabında ingilis dilində paylaşım edib.

O, Tereza Mey, Boris Conson, Liz Trass, Rişi Sunak, Kir Starmer və hazırkı Baş nazir Endi Börnhəmin soyadlarını sadalayaraq, bu adların “uşaqlıq, axmaqlıq və lovğalığı” təcəssüm etdirdiyini bildirib.

Medvedevin sözlərinə görə, Şotlandiya, Uels və Şimali İrlandiya sakinləri hazırda məhz bu ifadələrdən öz müqəddəratını təyinetmə hüquqlarını əsaslandırmaq üçün istifadə edirlər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən