Tramp Çində keçiriləcək sammitdə iştirak EDƏCƏK

 19:48 25.09.2026     117

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, Tramp bunu Çin Prezidenti Si Cinpinlə Ağ Evdə keçirilən görüş zamanı təsdiqləyib.

Si Cinpin Trampı və həyat yoldaşı Melaniyanı qarşıdakı APEC sammitində Çində gözlədiyini bildirib.

“Çox sağ olun! Biz bunu edəcəyik. Həmçinin ətraflı danışıqlar aparacağıq”, - deyə Ağ Ev rəhbəri cavab verib.

Bu il APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.

Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya Prezidenti Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında Çində üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü istisna etməyib. Onun sözlərinə görə, bu ideya artıq ictimai müstəviyə də çıxarılıb. Bununla belə, Ryabkov görüşün hazırlanması mərhələsinə keçdiyini söyləmək üçün hələ tez olduğunu qeyd edib.

“Bloomberg” yazıb ki, belə bir görüşün keçirilib-keçirilməyəcəyi Trampın qərarından asılı olacaq. Ağ Ev rəhbəri APEC sammitini Putinlə görüş üçün mümkün platformalardan biri adlandırıb. Lakin o, Moskva və Kiyevin Ukraynadakı münaqişənin nizamlanmasına yaxınlaşacağı halda Rusiya Prezidenti ilə təmaslara hazır olacağını bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən