Türkiyə ilə münasibətlərdə gərginliyin qarşısını almaq üçün çalışırıq - Miçotakis
Yunanıstanın Baş naziri Kiriakos Miçotakis BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı dünyada baş verən prosesləri və Türkiyə-Yunanıstan münasibətlərini dəyərləndirib.
Redaktor.az xəbər verir ki, Miçotakis son üç ildə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, etimadın yaradılması və dialoq kanallarının açıq saxlanılması istiqamətində davamlı səylər göstərdiklərini bildirib.
“İstənməyən böhranlara səbəb ola biləcək mümkün gərginliyin qarşısının alınması üçün son üç ildə münasibətlərimizin yaxşılaşdırılması, etimadın yaradılması və dialoq kanallarının açıq saxlanılması istiqamətində davamlı səylər göstəririk”, - deyə o qeyd edib.
Miçotakis Türkiyə ilə Yunanıstan arasında tarixdən qaynaqlanan həssas münasibətlərin olduğunu vurğulayıb.
O, həmçinin regional və qlobal miqyasda baş verən proseslər nəzərə alınaraq, iki ölkənin gələcəkdə necə irəliləməli olduğuna dair ortaq anlayışın təcili şəkildə formalaşdırılmasına ehtiyac olduğunu bildirib.
Xədicə BAXIŞLI













