Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır - Putin

 22:26 25.09.2026     52

Rusiya Avropa ilə hər hansı hərbi əməliyyatlara hazırlaşmır və bunun üçün heç bir əsas yoxdur.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

“Bir daha vurğulamaq istəyirəm: biz Avropa ilə hər hansı hərbi əməliyyatlara hazırlaşmırıq. Belə planlarımız yoxdur. Ən əsası isə Avropa ilə vəziyyətin gərginləşdirilməsi üçün heç bir real səbəb və motivimiz yoxdur”, – Putin deyib.

Rusiya Prezidenti Avropa ölkələrində mümkün Rusiya hücumu ilə bağlı səsləndirilən fikirləri “vəziyyətin məqsədyönlü şəkildə şişirdilməsi və təxribat” kimi qiymətləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən